V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamız bu idman növündə növbəti medalını qazanıb. Atletimiz Yekaterina Sariyeva bürünc medala sahib çıxıb. İdmançımız üçtəkanla tullanmada 14,12 metr nəticə ilə 3-cü yeri tutub. Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi.
Atletimiz İslamiadada bürünc medal qazandı