Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular

Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. Konya Texniki Universitetində təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 55 kq, 63 kq, 72 kq, 82 kq və 97 kq-da, qadın güləşində isə 55 kq və 65 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb. Pəhləvanlarımız günü 5 (2 qızıl, 2 gümüş və 1 bürünc) medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yarışda Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə (8:0) və qazaxıstanlı Amangali Bekbolatova (3:1) qalib gələrək adını finala yazdırıb. Dünya və Avropa çempionumuz həlledici görüşdə özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşıb və rəqibinə tam üstünlüklə (10:1) qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Komandamızın digər üzvü Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinlik çəkmədən Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda eyni hesabla özbəkistanlı Turabek Tirkaşevə uduzub.
Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağ (10:1) və qırğızıstanlı Bek Konurbayevi (9:0) tam üstünlüklə yolundan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Ü.Qənizadə finalda iranlı Mahmud Rüstəmiylə gücünü sınayıb. Olduqca gərgin mübarizə şəraitində keçən, mübahisəli hakim qərarlarıyla müşahidə edilən görüşdə minimal fərqlə (8:9) uduzan Ülvü gümüş medalla kifayətlənib.
Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə (8:0), türkmənistanlı Toyli Orazova (9:0) və türkiyəli Əmrah Kuşa (2:1) qalib gələrək finala yüksəlib. Dünya və Avropa çempionumuz həlledici görüşdə qırğızıstanlı Kalidin Asikeyevlə münasibətləri aydınlaşdırıb. İlk hissəni 0:3 hesabıyla geridə başa vuran Rafiq yekunda 6:3 hesablı əzmkar qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Arif Niftullayev isə 1/4 finalda iranlı Mehdibali Balihamzehdeyə məğlub olub - 0:8.
Qadın güləşçilərinin yarışında 55 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Elnurə Məmmədova (55 kq) ilk turda türkiyəli Zeyneb Yetgilə (2:3), ikinci turda özbəkistanlı Şoxida Əhmədovaya (5:6) minimal fərqlə məğlub olub. E.Məmmədova sonuncu – 3-cü turda tunisli Faten Hammami ilə üz-üzə gəlib və 11:0 hesablı qələbəylə bürünc medala sahib çıxıb.
Elis Manolova B qrupunda ilk görüşdə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Yelena Şaliginanı məğlub edib və qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda kamerunlu Berte Emilyenə minimal fərqlə (2:1) qalib gələn Manolova finala adlayıb. Elis həlledici görüşdə yenidən Şaligina ilə qarşılaşıb. Bu dəfə sonuncu xal prinsipinə əsasən (3:3) rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular