V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışları davam edir. Komandamızın üzvü Paşa İbrahimli bu gün İslamiadada birdən qaldırmada 128 kiloqram çəki dərəcəsinin öhdəsindən gəlib. P.İbrahimli təkanla qaldırmada isə 159 kiloqramlıq nəticə göstərib. Təmsilçimiz ümumilikdə 287 kiloqramlıq nəticə ilə dördüncü yeri tutub.
Ağırlıqqaldıranımız İslamiadada dördüncü oldu