Elmar Qasımov İslamiadanın finalında

Elmar Qasımov İslamiadanın finalında

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən cüdo yarışları davam edir.  Təmsilçilərimizdən Elmar Qasımov yarımfinalda türkiyəli rəqibi Mərt Şişmanlara qalib gələrək finala vəsiqə qazanıb. O finalda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyev ilə qızıl medal uğrunda mübarizə aparacaq.