Daha bir güləşçimiz dünya çempionu adını qazandı

Daha bir güləşçimiz dünya çempionu adını qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir. Yarışda iştirak edən daha bir Azərbaycan pəhləvanı mükafatçılar sırasında yer alıb. Belə ki, 74 kq çəki dərəcəsində mübarizə aparan komandamızın üzvü Cəbrayıl Qadjiyev finalda yaponiyalı Ryunosuke Kamiyaya "tuşe" ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə ediblər.