Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının sonuncu yarış gününə start verilib. Oyunların 14-cü, sonuncu günündə kikboksinqçilərimiz də medallar uğrunda mübarizə aparırlar. Artıq Azərbaycanın 4 kikboksçusu finala vəsiqə qazanıb. Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontakt 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ qazanıblar. Bu gün həmçinin Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.