Yeniyetmə karateçimiz dünya reytinqinin birinci pilləsində yer alıb

Yeniyetmə karateçimiz dünya reytinqinin birinci pilləsində yer alıb

Karate üzrə yığma komandanın üzvü Əzim Rahib (+70 kq) yeniyetmələr arasında dünya reytinqində birinci pilləyə yüksəlib. 2022-ci ildə Çexiyada keçirilən Avropa çempionatında qalib adını qazanmış idmançı beynəlxalq turnirlərin və yeniyetmə və gənclərin liqa yarışının gümüş mükafatçısıdır. Karateçinin şəxsi məşqçisi, karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyevdir.