Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək. Avqustun 25-də başlayacaq və sentyabrın 3-dək davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət millisinin üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları da iştirak edəcəklər.
120-dən artıq idmançının qatılacağı hazırlıq prosesində Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alacaqlar.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün oktyabrın 6-12-də Özbəkistanın Daşkənd şəhərində keçiriləcək dünya və gənc oğlanlardan ibarət millisi üçün sentyabrın 15-18-də Çexiyanın Praqa şəhərində təşkil ediləcək gənclər arasında Avropa çempionatlarına hazırlıq məqsədi daşıyır.