Millimiz Vətənə qayıtdı

Millimiz Vətənə qayıtdı

Rumıniyada keçirilən U-20 dünya çempionatında və Dünya Seriyasının Final mərhələsində uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Mərasimdə güləşçilərin yaxınları, idman azarkeşləri, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.