ABŞ boksçusu qətldə günahlandırılır

ABŞ boksçusu qətldə günahlandırılır

ABŞ boksçusu Eksam Speyt qətl hadisəsində günahkar bilinərək nəzarətə götürülüb.
1996-cı ildə ukraynalı boksçu Vladimir Kliçkoya qarşı döyüşən Eksam Speyt 26 il bundan əvvəl, yəni 1987-ci ildə törədilən cinayət hadisəsinə görə günahkar bilinir. ABŞ idmançısını öz menecerinə qəsd etməkdə təqsirli bilirlər. Polis işçiləri ofislərin birində mühafizəçi işləyən 50 yaşlı Speyti öz evində saxlayıblar.
Maraqlıdır ki, 26 bundan əvvəl Eksam Speyt şübhəli şəxs qismində saxlanılsa da, tutarlı dəlil olmadığına görə cinayət məsuliyyətindən azad edilmişdi. Lakin 2012-ci ildə məlum cinayət işi ilə bağlı tədqiqat yenidən başlanıb. DNK analizləri mərhumun üzərində tapılan hissələrin Speytə aid olduğunu təsdiq edib. Polis şahidləri dindirdikdən sonra işi prokurorluğa verib. Qeyd edək ki, boksçunun menecri Stamler Duqlas 1987-ci ilin martında Los-Ancelesdəki evində qətlə yetirilib.
Ağır çəki dərəcəsində çıxış edən ABŞ boksçusu Eksam Speyt 1986-2001-ci illərdə rinqdə 60 döyüş keçirib və 9-da qələbə qazanıb (5-i nokautla), 39 döyüşü uduzub və 2-sini heç-heçə edib.