“Yenilməz” dünya çempionatının maskotudur

“Yenilməz” dünya çempionatının maskotudur

Noyabrın 8-10-da Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının loqosu, medalları və maskotu təqdim olunub. Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib.
Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb.
Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.
 

“Yenilməz” dünya çempionatının maskotudur “Yenilməz” dünya çempionatının maskotudur