Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) konqresi keçirilib. İclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.
Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. N.Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
 
Namiq Əliyev növbəti dəfə Dünya Güləş Birliyinin Büro üzvü seçilib
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

