İtaliyanın Riççone şəhərində cüdo üzrə açıq Avropa turniri keçirilib. 35 ölkədən 376 (228 kişi, 148 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə kişilərin yarışında 13 idmançı ilə təmsil olunub. Təmsilçilərimiz yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar. Cüdoçularımızdan Zelim Kotsoyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamıza gümüş medalları Rövşən Əliyev (-60 kq), Orxan Səfərov (-66 kq) və Məmmədəli Mehdiyev (-100 kq) qazandırıblar. Səid Mollayi (81 kq), Uşangi Kokauri (+100 kq) bürünc medallara sahib çıxıblar.
Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü yeri, kişilər arasında isə 2-ci yeri tutub.
Cüdoçularımız İtaliyada 6 medala sahib çıxdılar