Derek Çisora ağır çəki dərəcəsində EBU versiyası üzrə Londonda keçirilən Avropa çempionu titulu uğrunda döyüşdə qalib gəlib. Bu qarşılaşmada 29 yaşlı britaniyalının rəqibi 25 yaşlı almaniyalı boksçu Edmund Gerber olub.
Qalmaqalı sevən Derek Çisora karyerası ərzində 21 görüş keçirib və bunlardan yalnız 4-də məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, döyüşlərin birində Vitali Kliçkoya uduzan Çesora rinqə çıxarkən onun balaca qardaşı Vladimir Kliçkonun üzünə tüpürüb. Buyaxınlarda Vladimir Kliçko ilə Derek Çisoranın Almaniyada gecə klublarının birində yenidən üz-üzə gəldikləri barədə xarici mətbuatda xəbər yayılmışdı.