Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb. Güləşçimiz ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan T.Məmmədov 3-cü yerin sahibi olub.
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

