Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayacaq. 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.
74 kq-da Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.
92 kq-da yarışan Osman Nurməhəmmədov isə 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Bu gün daha 3 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq