Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyanın və Astara rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş 2-ci ölkə yarışı keçirilib. Astara şəhər bulvarında keçirilən şose qaçışı üzrə keçirilən yarışda 16 rayondan 150-dən çox idmançı çıxış edib. 2-ci ölkə yarışlarında 2005-2006-cı illər təvəllüdlü idmançılar 500 m (qızlar) və 1000 m (oğlanlar), 2007-2008-ci illər təvəllüdlü idmançılar isə 300 m (qızlar) və 500 m (oğlanlar) məsafəyə qaçış üzrə yarışıblar. Qaliblər diplom və medallarla təltif olunublar.
Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsi anılıb