Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir. Bu gün komandamızın daha üç təmsilçisi tatami üzərinə çıxıb. 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) uduzub.
Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu