Dəri əlcək ustalarımız yarışa tam heyətlə yollanacaq

Dəri əlcək ustalarımız yarışa tam heyətlə yollanacaq

Oktyabrın 14-26-dək Qazaxıstanın Alma-atı şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.
Yarışda çıxış edəcək komandamızın heyəti məlum olub.
Baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi heyətdə Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq), Soltan Migitinov (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+ kq) yer alıblar.
Qeyd edək ki, bu ilin iyun ayında Belarusda təşkil olunmuş Avropa çempionatından fərqli olaraq, heyətdə üç dəyişiklik edilb. Belə ki, 56 kiloqram çəki dərəcəsində karyerasını başa vuran Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib. 2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olan Pərviz Bağırov da Alma-atıda rinqə çıxacaq. O, 69 kiloqram çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Müəyyən səbəblərdən Avropa çempionatına qatılmayan Soltan Migitinov (75 kq) da bu yarışda öz bacarığını göstərməyə çalışacaq.
Məlumat üçün bildirək ki, komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışında iştirak edir.