Qadın boksçularımız Monteneqroda  

Qadın boksçularımız Monteneqroda  

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Yığmamızın baş məşqçisi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda beş boksçumuz çıxış edəcək.

Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaqlar.

Bu gün səfərə yollanan komandamız oktyabrın 23-də Bakıya qayıdacaq.

Qeyd edək ki, qitə çempionatının püşkü oktyabrın 13-də atılacaq.