Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. Bu gün komandamızın sonuncü təmsilçisi Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz ilk mərhələdə isveçrəli Daniel Eiçi, növbəti qarşılaşmada isə qazaxıstanlı Nurluxan Şarxana qalib gəlib. Dörddəbir finalda portuqaliyalı ikiqat dünya çempionu Xorxe Fonsekanı da məğlub edən Zelim yarımfinalda Kayl Reyesə (Kanada) uduzub. Cüdoçumuz üçüncü yer uğrunda belçikalı Toma Nikiforovla qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına 11 idmançı ilə yollanan komandamızın aktivində hələlik 1 bürünc medal var. Komandamıza yeganə medalı 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov qazandırıb.
Komandamızın son medal şansı