Cüdoçularımız dünya çempionatının fərdi yarışlarını 2 bürünc medalla başa vurdular 

Cüdoçularımız dünya çempionatının fərdi yarışlarını 2 bürünc medalla başa vurdular 

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün kişilər arasında son təmsilçimiz Zelim Katsoyev (100 kq) tatami üzərinə çıxıb. İlk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub edib. Yarımfinalda Kayl Reyesə (Kanada) uduzan cüdoçumuz üçüncü yer uğrunda belçikalı Toma Nikiforovla qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, yarışın əvvəlki günlərində komandamızın üzvü Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.