Bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışlarına yekun vurulub. Çempionatda 11 cüdoçu ilə təmsil olunan komandamız fərdi yarışları iki bürünc medalla başa vurub. Komndamıza bürünc medalları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb. Fərdi yarışıardan sonra komandamızın mövqeyi müəyyənləşib. Komandamız iki bürünc medalla 17-ci sırada qərarlaşıb. Çempionatda ilk pilləni aktivində 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) olan Yaponiya komandası tutub. Hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Braziliya 2-ci yerlə kifayətlənib. Yarışı 2 qızıl medalla başa vuran Özbəkistan komandası isə üçüncü olub.
Dünya çempionatına sabah keçiriləcək qarışıq komanda yarışı ilə yekun vurulacaq.