Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatına start veriləcək. Yarışın ilk günündə yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Qurban Qurbanov (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edirlər.
Qadınların yarışında baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) ölkəmizi təmsil edəcəklər.
Yarışın sonuncu günlərində isə sərbəst güləşçilər qalibləri müəyyənləşdirəcəklər. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Kənan Heybətov (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, I-S kateqoriyalı hakim Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.
Çempionata oktyabrın 23-də yekun vurulacaq.
Pəhləvanlarımız dünya çempionatında mübarizəyə başlayır