Paytaxtımız mötəbər turnirə ev sahibliyi edəcək

Paytaxtımız mötəbər turnirə ev sahibliyi edəcək

Noyabrın 5-dən 6-dək paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunda Serbiyadakı son mundialda ilk beşlikdə yer tutan millilər, habelə dünya yığması iştirak edəcəklər. Ümumən 6 komandanın mübarizə aparacağı turnirin ilkin mərhələsi 2 qrupdan ibarətdir. Azərbaycan pəhləvanları B qrupunda Serbiya və dünya yığması ilə münasibətlərə aydınlıq gətirəcək. 
Artıq Dünya yığmasında yer alan güləşçilər məlumdur. Komandada 2019-cu ilin dünya çempionu Nuqzari Tsurtsumia, son mundialın gümüş mükafatçıları Leri Abuladze, Zoltan Levay, Jalqasbay Berdimuratov, Turpal Bisultanov və Kiril Milenov Milov, eləcə də digər tanınmış idmançılar yer alıb. 
Qeyd edək ki, qrup mərhələsinin görüşləri noyabrın 5-nə nəzərdə tutulub. Reqlamentə əsasən, ilk pilləni tutan komandalar finalda qüvvəsini sınayacaq. 2-ci nəticə göstərən yığmalar isə 3-cü yer uğrunda görüşdə iştirak edəcəklər. Bu qarşılaşmalar noyabrın 6-sı keçiriləcək.