Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Böyük dəbilqə” turnirinə start veriləcək. Üç gün davam edəcək yarışa dünyanın 66 ölkəsindən 428 idmançı mübarizə aparacaq. Komandamız turnirdə 13 (11 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Belə ki, qadınlar arasında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyev (52 kq), kişilərin yarışında isə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Vüqar Talıbov (90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq) mübarizə aparacaqlar. İdmançılarımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınların baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət komandanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
“Böyük dəbilqə” turniri bu gün başlayır