Daha bir cüdoçumuz “Böyük dəbilqə”də fərqləndi

Daha bir cüdoçumuz “Böyük dəbilqə”də fərqləndi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışların ikinci günündə cüdoçumuz Zelim Tçkayev (81 kq) bürünc medala sahib çıxıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanıb. Bu komandamızın turnirdə qazandığı ikinci bürünc medaldır.
Xatırladaq ki, daha əvvəl komandamızın üzvü Balabəy Ağayev (60 kq) bürünc medal əldə etmişdi. 
Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.
Turnidə oktyabrın 23-də yekun vurulacaq.