İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir. Təmsilçilərimiz iki bürünc medala sahib olub. 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxmalı idi, lakin Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Azərbaycan pəhləvanı bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.
İki sərbəst güləşçimiz İspaniyada bürünc medal əldə etdi