Ağır çəkili boksçular arasında mütləq çempionluq uğrunda superdöyüş 2023-cü ilin martında Səudiyyə Ərəbistanında keçirilə bilər.
Bu barədə ESPN-nin jurnalisti Mayk Koppincer xəbər yayıb. Bu qarşılaşmada Böyük Britaniya və İrlandiya vətəndaşı olan Tayson Fyuri ilə Ukrayna idmançısı Aleksandr Usik üz-üzə gələcək.
Fyurinin növbəti döyüşü isə dekabrın 3-də Londonda Derek Çisoraya qarşı olacaq.
Mütləq çempionluğun taleyi Asiyada həll oluna bilər