V İslam Həmrəyliyi Oyunlarının yer tutan mükafatçılara şad xəbər
BOK
25.10.2022, 09:10
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq edilir. Yeniliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Buna görə də, əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır. Təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 000 manat məbləğində mükafatlandırılacaqlar. Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar. Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar. Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək Mükafat eyni zamanda idmançıların bundan sonrakı idman karyerasına dəstək üçün verilir. İdmançılar üçün nəzərdə tutulan mükafatın 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə; qalan 30%-i 2024-cü ilin 4-cü rübündə ödəniləcək. İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat ödənilməyəcək. İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 000 manat, ikinci yer üçün 50 000 manat, üçüncü yer üçün 30 000 manat müəyyən edilib. Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür. Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb. Basketbol (3x3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 000 manat, ikinci yer üçün 30 000 manat, üçüncü yer üçün isə 20 000 manat ödənilir. Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5000 manat təşkil edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
Bugün, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
Bugün, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
Bugün, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri
-
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
03.08.2026, 18:40 Gimnastika