Bu gün Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürür. Yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) iştirak edəcəklər.
Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatına 40 ölkədən 306 idmançı mübarizə aparacaq.