Reanimasiyada olan şahmat üzrə rusiyalı 12 qat dünya çempionu Anatoli Karpov süni tənəffüs aparatına qoşulub. Beynəlxalq dərəcəli qrossmeysterə beyin ödəmi, sağ parietal və sağ temporal sümüklərin sınığı, başın çoxsaylı hematomaları və travmatik subaraknoid qansızma diaqnozu qoyulub. Bundan əlavə, xroniki xəstəliklər onun vəziyyətini daha da ağırlaşdırıb.
Daha əvvəl deputatın Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
A.Karpovun aldığı xəsarətin məişət xarakterli olduğunu bildirilib.