Noyabrın 14 – 20-də şahmat üzrə “Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsi keçiriləcək. 8 şahmatçının iştirak edəcəyi turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Yarışın mükafat fondu 210 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, 37 yaşlı zəka sahibimiz "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci olmuşdu.
Qrossmeysterimiz 210 min dollarlıq turnirdə yarışacaq