Bədii gimnastika üzrə qrup hərəkətləri komandası reytinqə başçılıq edir 

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası reytinqə başçılıq edir 

Olimpiya növləri üzrə milli komandaların idmançılarının noyabr ayı üçün yeni reytinq cədvəli açıqlanıb. Gənclər və İdman Nazirliyinin açıqladığı yeni siyahıya bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir Komandanın aktivində 685 reytinq xalı var. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 390 xalla üçüncü pillədə qərarlaşıb. 
Qeyd edək ki, reytinq xalları Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun hesablanır. 
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.