FİFA: İran və Tunis DÇ-dən uzaqlaşdırılmayacaq

FİFA: İran və Tunis DÇ-dən uzaqlaşdırılmayacaq

FİFA mətbuat xidməti dünyanın aparıcı idman portallarının ünvanladığı suallara cavab verib. Həmkarlarımızın ali futbol qurumunun rəhbərliyinə ünvanladığı suallar arasında İran və Tunisin DÇ-2022-nin final mərhələsində uzaqlaşdırılması ehtimalı barədə səslənən sual böyük marağa səbəb olub. Mətbuat xidməti bu barədə cavab verib: «Əvvəla biz bu barədə, bu ərəfədə heç bir fikir söyləmək niyyətində deyilik.  FİFA Tunisdə gənclər idman naziri Kamel Deqişin yerli futbol federasiyasını buraxmaq fikrini bəyənmir. Nazirlik və yerli federasiya bir-birinin işinə qarışa bilməz. Bu ərəfədə heç bir komandanın DÇ-dən uzaqlaşdırılması nəzərdə tutulmayıb.

Mətbuat xidməti İranda baş verən hadisələrin də yığma komandaya təsir etməyəcəyini diqqətdən kənarda qoymayıb. Bildirilib ki, FİFA yalnız futbol sahəsində baş verən intizamsızlığa cavabdehdir. Ölkədə baş verən heç bir hadisə qurumun səlahiyyətinə daxil deyil.