Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 oyun təşkil olunacaq. 
E qrupunda İtaliyanın "Milan" klubu doğma meydanda Avstriyanın "Zaltsburq" klubunu qəbul edəcək. Bu tur qrup ikinciliyinə görə hər iki komanda üçün çox əhəmiyyətlidir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın Zaqreb "Dinamo"su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi" ilə qarşılaşacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zaltsburq"un "Milan"a uduzmasını gözləmilidir.
F qrupunda İspaniyanın “Real” klubu doğma meydanda Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq. Bu oyun 1/8 finala vəsiqəni təmin edən “Real” üçün qrup liderliyi baxımından əhəmyiyyət kəsb edir. Qrupun əsas diqqət çəkən oyunu Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) və Almaniyanın "Leyptsiq" komandaları arasında olacaq. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda "Şaxtyor" yoluna Avropa Liqasında davam edəcək.
G qrupunda Almaniyanın "Borussiya" (Dortmund) klubu Danimarkada "Kopenhagen"lə, "Mançester Siti" isə İngiltərədə İspaniyanın "Sevilya" klubu ilə münasibətlərinə aydıınlıq gətirəcək. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Bunun üçün də bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. 
Gecənin maraqla gözlənilən oyunlarından biri də D qrupunda Fransa PSJ və İtaliyanın "Yuventus" klubları arasında olacaq. Paralel olaraq keçiriləcək digər oyunda isə İsrailin "Makkabi" klubu doğma meydanda Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşacaq. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Məlumat üçün bildirək ki, F qrupunun oyunları Bakı vaxtı ilə saat 21:45-də, digər üç qrupun qarşılaşmaları isə 00:00-da start götürəcək. 
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.