«Neftçi» futbolçuları «İnter», "Yuventus" "Atletiko"ya qarşı

«Neftçi» futbolçuları «İnter», "Yuventus" "Atletiko"ya qarşı

"Neftçi" klubunun U-11 komandası Türkiyədə təşkil olunacaq "Can Bartu" turnirinə qatılacaq.  "Fənərbağça" klubunun təşkil etdiyi yarışda "ağ-qaralar"la yanaşı daha 15 kollektiv mübarizə aparacaq.
Beynəlxalq turnirdə İtaliyanın "İnter", "Yuventus", Bolqarıstanın MOİK, İspaniyanın "Atletiko" (Madrid), "Vilyarreal", Türkiyənin "Fənərbağça", "Beşiktaş", "Qalatasaray", "Altınordu", "Göztepe", "Altay", "Manisa", "Adana Demirspor", "Başakşehir" və "Gölcük Karadenizspor" komandaları da çıxış edəcəklər. Qeyd edək ki, "Can Bartu" turniri noyabrın 16-da “Lefter Küçükandonyadis” təlim-məşq mərkəzində start götürəcək.