Zəfər Günü münasibətilə voleybol yarışı keçirilib 

Zəfər Günü münasibətilə voleybol yarışı keçirilib 

Zəfər Günü münasibətilə voleybol üzrə turnir keçirilib. 2007-2009-cu ilər təvəllüdlü oğlanlar arasında keçirilən yarışlar 90 nömrəli tam orta məktəbin idman zalında təşkil olunub. 10 komandanın iştirakı ilə keçirilən birincilikdə 72 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 90 nömrəli tam orta məktəbin komandası ikinci yerə sahib çıxıb. 169 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü yerlə kifayətləniblər.