Çempionlar Liqası: “Leyptsiq” 1/8 finala vəsiqə qazandı 

Çempionlar Liqası: “Leyptsiq” 1/8 finala vəsiqə qazandı 

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir. Turun ikinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 oyun təşkil olunacaq.  Artıq F qrupunda mübarizəyə yekun vurulub. Qrupun lideri olan Madrid “Real”ı doğma meydanda Şotlandiyanın “Seltik” klubunu qəbul edib. Görüş “Kral klubu”nun böyükhesablı qələbəsi ilə yekunlaşıb -5:1. Bu qrupun digər qarşılaşması isə Polşada baş tutub. Almaniyanın "Leyptsiq" klubu Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 4:0 hesabı ilə qalib gəlib. 
Beləliklə, bu nəticələrdən sonra “Real” klubu qrup lideri kimi, “Leyptsiq” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Şaxtyor” isə üçüncü yerin sahibi kimi çıxışını Avropa Liqasında davam etdirəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarda mübarizəsini dayandırıb.