Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Turunsonuncu oyun günündə E, F, G və H qrupları üzrə 8 oyun təşkil olunub. Bu oyunlardan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib. Tura F qrupunun oyunları ilə start verilib. Qrup liderliyini təmin edən “Real Madrid” doğma meydanda Şotlandiyanın “Seltik” klubunu 5:1 hesabı ilə məğlub edib. Qrupun digər qarşılaşmasında isə "Leyptsiq" Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasından üstün olub -4:0. 
Bu nəticələrdən sonra “Real” klubu qrup lideri kimi, “Leyptsiq” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Şaxtyor” isə üçüncü yerin sahibi kimi çıxışını Avropa Liqasında davam etdirəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarda mübarizəsini dayandırıb. 
E qrupunda İtaliyanın “Milan” klubu doğma meydanda Avstriyanın “Zaltsburq” klubunu üstələyib -4:0. Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” (Xorvatiya) isə İngiltərədə “Çelsi”yə məğlub -2:1. Bu nəticələrdən sonra “Çelsi” və “Milan” müvafiq olar qrupda ilk iki yerin sahibi kimi 1/8 finala yüksəliblər. Avstriya təmsilçisi isə “Avropa Liqasında mübarizəsini davam etdirəcək. Mahir Emrelinin komandası üçün isə avrokuboklar həyəcanı başa çatıb. 
G qrupunda “Kopenhagen” (Danimarka) doğma meydanda Dortmund “Barussiya”sı ilə heç-heçə edib -1:1. İngiltərə təmsilçisi “Mançester Siti” isə öz meydanında “Sevilya”dan güclü olub 3:1. Bu nəticələrdən sonra 14 xalı olan “şəhərlilər” qrup lideri kimi, bundestim təmsilçisi isə ikinci yerin sahibi kimi 1/8 finala yüksəlib. “Sevilya” isə 5 xalla qrup üçüncüsü olub. İspaniya klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. 
Günün maraqla gözlənilən oyunlarından biri H qrupunda oynanılıb. 1/8 finala vəsiqəni təmin edən Fransanın PSJ klubu Turində İtaliyanın “Yuventus” komandası ilə üz-üzə gəlib. “Qoca sinyora” doğma meydanda Fransa nəhənginə uduzub 1:2. İsrailin “Makkabi” komandası isə öz meydanında Portuqaliyanın “Benfika” klubundan böyükhesablı məğlubiyyət alıb -1:6. Bu nəticələrdən sonra həm “Benfika”nın, həm də PSJ-nin aktivində 14 xal var. Hər iki klub 1/8 finala adlayıb. “Yuventus” isə Avropa Liqasında mübarizəsini davam etdirəcək.