Avropa Liqasında qrup mərhələsi həyəcanı başa çatır

Avropa Liqasında qrup mərhələsi həyəcanı başa çatır

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək. Azarkeşlər sonuncu tur çərçivəsində 8 qrupda 16 qarşılaşmaya şahidlik edəcək. Bu oyunlardan sonra isə 1/16 finala vəsiqə qazanan bütün iştirakçıların adlarına aydınlıq gələcək. 
Gecənin maraqla gözlənilən oyunlarından biri Polşada baş tutacaq. B qrupunda yer alan Türkiyənin "Fənərbağça" klubu Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. Bu qrupun digər oyunu Fransanın "Renn" və Kiprin AEK (Larnaka) klubları arasında olacaq. Hər iki oyun qrup liderini müəyənləşdirmək üçün əhəmiyyətlidir. Qeyd edək ki, həm Türkiyə təmsilçisi, həm də “Renn” 11 xalla ilk iki pilləni bölüşür. 
Qardaş ölkənin digər bir təmsilçisi H qrupu çərçivəsində  Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq. Qaradənizlilər üçün qrup lideri ilə qarşılaşma həlledici olacaq. Çünki Türkiyə təmsilçisi bu oyunda qalib gələcəyi təqdirdə 1/6 finala vəsiqə qazana bilər. Təbbi ki, bunun üçün qrupun digər oyununda baş tutacaq "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) matçının nəticəsi də buna təsir edəcək. Bunun üçün knayzlıq təmsilçisi Serbiya klubu ilə oyunda xal itirməlidir. 
G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu Bakıda Almaniyanın “Frayburq” komandasını qəbul edəcək. Bu qrupun digər oyunu isə Fransada “Nant” və Yunanıstanın “Olimpiakos” komandaları arasında olacaq. 
Günün daha bir maraqlı oyunu F qrupunda olacaq İngiltərənin “Mançester Yunayted” klubu İspaniyada “Real Sosiedad” komandası ilə qarşılaşacaq. Qrupun digər oyunu “Moldovanın “Şerif” və Kiprin “Omonya” klubları arasında olacaq. 

UEFA Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
A qrupu
00:00. "Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə)
00:00. "Budö Qlimt" (Norveç) - PSV (Niderland)
Xallar: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3
B qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbaxça" (Türkiyə)
00:00. "Renn" (Fransa) - AEK (Larnaka, Kipr)
Xallar: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1
C qrupu
00:00. "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan)
00:00. "Betis" (İspaniya) - HİK (Finlandiya)
Xallar: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1
D qrupu
00:00. "Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya)
00:00. "Braqa" (Portuqaliya) - "Malmö" (İsveç)
Xallar: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0
E qrupu
21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:45. "Şerif" (Moldova) - "Omoniya" (Kipr)
Xallar: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
21:45. "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya)
21:45. "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya)
Xallar: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5
G qrupu
21:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa)
Xallar: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2
H qrupu
21:45. "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
Xallar: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6