Bu gün futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək. Azarkeşlər bu gün Konfrans Liqası çərçivəsində 8 qrupda 16 qarşılaşma izləmək imkanı qazanacaq. Sonuncu - VI turdan sonra pley-offun bütün iştirakçılarının adlarına aydınlıq gələcək.
Bu tur A qrupunda yer alan Türkiyənin "Başakşehir" komandası doğma meydanda Şotlandiyanın “Harts” klubu ilə üz-üzə gələcək. Digər qardaş ölkə təmsilçisi "Sivasspor" isə G qrupu çərçivəsində səfərdə Çexiyanın “Slavia” komandası ilə qarşılaşcaq.
Qeyd edək ki, Türkiyənin "Başakşehir" və "Sivasspor", İtaliyanın "Fiorentina", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal", Niderlandın "AZ Alkmaar", Ukraynanın "Dnepr-1" və İsveçin "Yurqorden" komandaları qrupdan çıxmağı təmin ediblər.
UEFA Konfrans Liqası, Qrup mərhələsi, VI tur
3 noyabr
A qrupu
19:30. RFŞ (Latviya) - "Fiorentina" (İtaliya)
19:30. "Başakşehir" (Türkiyə) - "Harts" (Şotlandiya)
Xal durumu: "Başakşehir" - 10, "Fiorentina" - 10, "Harts" - 6, RFŞ - 2
B qrupu
00:00. "Styaua" (Rumıniya) - "Vest Hem" (İngiltərə)
00:00. "Silkeborq" (Danimarka) - "Anderlext" (Belçika)
Xal durumu: "Vest Hem" - 15, "Silkeborq" - 6, "Anderlext" – 5, "Styaua" - 2
C qrupu
23:00. "Lex" (Polşa) - "Vilyarreal" (İspaniya)
23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Austriya" (Vyana, Avstriya)
Xal durumu: "Vilyarreal" - 13, "Lex" - 6, "Hapoel" - 4, "Austriya" - 2
D qrupu
00:00. "Partizan" (Serbiya) - "Slovaçko" (Çexiya)
00:00. "Köln" (Almaniya) - "Nitsa" (Fransa)
Xal durumu: "Nitsa" - 8, "Partizan" - 8, "Köln" - 7, "Slovaçko" - 4
E qrupu
21:45. "Apollon" (Limassol, Kipr) - "Vaduts" (Lixtenşteyn)
21:45. "AZ Alkmaar" (Niderland) - "Dnepr-1" (Ukrayna)
Xal durumu: "AZ Alkmaar" - 12, "Dnepr-1" - 10, "Apollon" - 4, "Vaduts" - 2
F qrupu
21:45. "Yurqorden" (İsveç) - "Şemrok Rovers" (İrlandiya)
21:45. "Gent" (Belçika) - "Molde" (Norveç)
Xal durumu: "Yurqorden" - 13, "Molde" - 7, "Gent" - 5, "Şemrok Rovers" - 2
G qrupu
21:45. "Slaviya" (Praqa, Çexiya) - "Sivasspor" (Türkiyə)
21:45. ÇFR (Rumıniya) - "Balkani" (Kosovo)
Xal durumu: "Sivasspor" - 10, ÇFR - 7, "Slaviya" - 7, "Balkani" - 4
H qrupu
21:45. "Jalgiris" (Litva) - "Slovan" (Bratislava, Slovakiya)
21:45. "Pünik" (Ermənistan) - "Bazel" (İsveçrə)
Xal durumu: "Bazel" - 8, "Slovan" - 8, "Pünik" - 6, "Jalgiris" - 5
Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanan bütün iştirakçılar müəyyənləşəcək