Azərbaycan futbolu üçün tarixi an

Azərbaycan futbolu üçün tarixi an

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandalarının oyunun idarə edib. Oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib. 35 yaşlı referi Əliyar Ağayev və köməkçiləri ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib.  Danimarkada təşkil olunan oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçı ədalətli şəkildə və yüksək səviyyədə idarə edən FIFA referimiz oyun ərzində futbolçulara 4 sarı vərəqə göstərib. O, “Kopenhagen” klubundan Denis Vavro və Lukas Leragerə, “Borussiya”dan isə Antonio Modesto ilə Emre Canı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıb.