“Qarabağ" sadiq azrkeşlərinə hansı sürprizi edəcək 

“Qarabağ" sadiq azrkeşlərinə hansı sürprizi edəcək 

Futbol üzrə UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın “Qarabağ” klubunun bütün potensial rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə Avropa nəhənglərini Bakıya gətirə bilər. Buna Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib. Belə ki, “Köhlən atlar” 1/8 finala vəsiqə qazanarsa, "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya) komandalarından biri ilə qarşılaşa bilər.  
Qeyd edək ki, "Qarabağ" bu gün sonuncu - VI tur çərçivəsində Bakıda Almaniyanın "Frayburq" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Avropa Liqasında 1/16 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq.