Messi okeanın o tayına əliboş getmək istəmir

Messi okeanın o tayına əliboş getmək istəmir

PSJ-nin argentinalı futbolçusu Leonel Messi Parisi uğur qazanmadan tərk etmək istəmir. «Le Equipe»nin yaydığı xəbərə görə futbolçu hazırki, komandası ilə bu mövsüm UEFA Çempionlar Liqasınını baş mükafatını qazanmaq niyyətindədir. Əgər bu mövsüm PSJ bu uğuru əldə edə bilməsə, növbəti illərdə Messi karyerasını davam etdirmək üçün okeanın o tayına yollanacaq. Artıq MLS təmsilçisi olan «İnter Mayami» 35 yaşlı futbolçuya təklif göndərib.