Edin Terziç: «Ədalətli hesab oldu»

Edin Terziç: «Ədalətli hesab oldu»

Borussiya «Dortmund»unun baş məşqçisi Edin Terziç «Kopnehagen»lə (1:1) matçdan sonra UEFA saytına fikirlərini bildirib. O deyib: «Ədalətli hesab oldu. Matç ərzində yetərincə qol vurmaq şansımızı əldən verdik. Rəqib isə doğma azarkeşlər önündə əsil mübarizə apardı. Belə bir komandaya qarşı oynamaq bizə xüsusi zövq verir».