Son əməliyyat olundu

Son əməliyyat olundu

«Totenhem»in hücumçusu Son Hin Min gözündən cərahiyyə əməliyyatı olub. «Marsel»lə (2:1) matçdan sonra zədələnən cənubi koreyalı futbolçunun aldığı zədə çox ciddi hesab olunur. London təmsilçisinin saytında yer alan xəbərə görə əməliyyat uğur keçib. Lakin futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə açıqlama verilməyib.