Avropa Liqasına vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəldi 

Avropa Liqasına vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəldi 

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir. Artıq 4 qrupda mübarizəyə yekun vurulub. Keçirilən 8 oyundan sonra pley-offa vəsiqə qazanan komandaların adları müəyyənləşib. 
E qrupunda İspaniya təmsilçisi “Real Sosiedad” doğma meydanda “İngiltərənin “Mançester Yunayted” klubuna minimal hesabla qalib gəlib -1:0. Qrupun digər oyunu olan "Şerif" (Moldova) - "Omoniya" (Kipr) görüşü də eyni hesabla başa çatıb. Meydan sahibləri qələbə qazanaraq Konfrans Liqasına vəsiqə qazanıb. “Real Sosiedad”  qrup lideri, “Mançester Yunayted” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. 
F qrupunda Danimarkanın "Midtüllan" və Niderlandın "Feyenoord" növbəti mərhələyə adını yazdırıb. "Qarabağ"ın yer aldığı G qrupunda isə isə “Frayburq”un ardından Fransanın "Nant" komandası da pley-offa adını yazdırıb. Qarabağ isə yönü “Konfrans Liqasında davam etdirəcək. 
H qrupunda isə Macarıstanın “Ferentsvaroş və Fransanın "Monako" klubu pley-offa yüksəlib. Bu qrupda yer alan “Trabzonspor” qrup liderinə minimal hesabla (1:0) qalib gəlsə də, Knyazlıq təmsçisinin “Srvena Zvezda”ya 3:1 hesabı ilə qalib gəlməsi Türkiyə təmsilçisinin mərhələ adlamaq şansının üstündən xətt çəkib. Qardaş ölkə təmsilçisi mübarizəsini Konfrans Liqasında davam etdirəcək.    
Digər dörd qrupda isə pley-offa vəsiqə qazanan komandaların adlarına Bakı vaxtı ilə saat 00:00 start götürən oyunlardan sonra aydınlıq gələcək. 

UEFA Avropa Liqası, Qrup mərhələsi, 6-cı tur
E qrupu
"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:0
"Şerif" (Moldova) - "Omoniya" (Kipr) - 1:0
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 15, "Şerif" - 6, "Omoniya" - 0
F qrupu
"Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya) - 1:0
"Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) - 1:0
Xal durumu: "Midtüllan" - 8, "Feyenoord" - 8, "Latsio" - 8, "Şturm" - 8
G qrupu
"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) - 1:1
"Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2
Xal durumu: "Frayburq" - 14, "Nant" - 9, "Qarabağ" - 8, "Olimpiakos" - 2
H qrupu
"Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 1:0
"Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) - 3:1
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 10, "Trabzonspor" - 9, "Srvena Zvezda" - 6