Prezidentin köməkçisi "Qarabağ"la oyun haqda paylaşım edib

Prezidentin köməkçisi "Qarabağ"la oyun haqda paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Tvitter" səhifəsində "Qarabağ"ın Avropa Liqasındakı son oyunu ilə bağlı paylaşım edib.
Ş.Mövsümov Ağdam təmsilçisinin "Frayburq"la 1:1 hesabı ilə oynadığı oyundan sonra yazıb: “Halal olsun Qarabağ Futbol Klubu!!! Son saniyəyə qədərə mübarizə aparan aslanlarımıza eşq olsun!”.
Qeyd edək ki, "Qarabağ" klubu Avropa Liqasında mübarizəni dayandıraraq, çıxışını Konfrans Liqasında davam etdirəcək. 


 

Prezidentin köməkçisi "Qarabağ"la oyun haqda paylaşım edib