«Uşaqlıqdan «Real»ın fanatıyam»

«Uşaqlıqdan «Real»ın fanatıyam»

«Napoli»nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya bildirib ki, o, Madrid «Real»ının heyətində Çempionlar Liqasının qalibi olmağı arzulayır. «Bu mənim ən böyük arzumdur. Bu arzuma yalnız bu klubun çata bilərəm. Uşaqlıqdan «Real»ın fanatıyam. Qardaşlarımla birlikdə onların keçirdiyi matçlara baxmaqdan zövq alırdıq. Hesab edirəm ki, bu arzum nə vaxtsa, həyata keçəcək», - deyə Xviça bildirib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu ilin iyundan etibarən «Napoli»nin heyətində çıxış edir.